|
|
|
|

Hindistanın paytaxtı Yeni Dehlidə boya fabrikində baş verən yanğında ilkin məlumata görə, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
525.az xəbər verir ki, Yeni Dehlidə boya fabrikinin birinci mərtəbəsində baş verən yanğın dünən yerli vaxtla saat 21:00 radələrində nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın zamanı 11 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralılar arasında hadisə yerinə gələn polis əməkdaşı da olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, yerli polis rəsmiləri yanğının fabrikdə partlayış nəticəsində baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildirib.
Məhəmməd Tağıyev



