|
|
|
|

Braziliyada cinayət təşkilatı ilə əlaqəsi olan iki məhbus yüksək təhlükəsizlik federal həbsxanasından qaçıb.
525.az xəbər verir ki, Rio Grande do Norte əyalətinin Mossoro şəhərindəki həbsxanadan verilən açıqlamada qaçan məhbusların Rogerio da Silva Mendonça və Deibson Kabral Naskimento olduğu bildirilib.
Ədliyyə naziri Rikardo Levandovski mətbuat konfransında qaçanların tapılması üçün 300 təhlükəsizlik işçisinin ayrıldığını bildirib.
Hadisə ilə bağlı istintaq başladıldığını qeyd edən Levandovski, polisin qaçanların həbsxana yaxınlığındakı meşədə gizləndiyini düşündüyünü söyləyib.
Məhəmməd Tağıyev



