|
|
|
|

Venesuela hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Müvəkkili Ofisinin qərəzsiz olmadığını əsas gətirərək, ölkədəki fəaliyyətini dayandırdığını açıqlayıb.
525.az xəbər verir ki, Venesuela xarici işlər naziri Yvan Gil mətbuat konfransında BMT-nin ölkədəki İnsan Haqları Ofisinin işinin dayandırıldığını və 13 BMT əməkdaşının 72 saat ərzində ölkəni tərk etməsini istədiklərini bildirib.
BMT-nin Venesuelada məqsədinə uyğun hərəkət etmədiyini müdafiə edən Gil, 30 gün ərzində 2019-cu ildən bəri Karakasda fəaliyyət göstərən BMT ofisi ilə bütün əməkdaşlıq kanallarını nəzərdən keçirəcəklərini deyib.
Məhəmməd Tağıyev



