|
|
|
|

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir.
525.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib.
"Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", - deyə o bildirib.
Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib.
Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.



