|
|
|
|

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, Avropa özünü müdafiə etmək üçün daha yaxşı vəziyyətdə olmalıdır.
525.az xarici mediaya istinadən xəbər verir ki, Baerbok verdiyi yazılı açıqlamada Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə təkcə bir deyil, bir neçə dönüş nöqtəsinin yaşandığına diqqət çəkib.
Önümüzdəki illərdə məsələnin artıq yalnız Ukraynaya hərbi dəstəkdən ibarət olmayacağını vurğulayan Baerbok: "Biz avropalılar, Milli Təhlükəsizlik Strategiyasında qeyd edildiyi kimi, özümüzü daha yaxşı müdafiə edəcək vəziyyətdə olmalıyıq", - deyib.
Baerbok, ABŞ-də iqtisadi böyüklük baxımından kimin iqtidarda olmasından asılı olmayaraq, NATO-nun Avropa ayağını gücləndirən təhlükəsizlik və müdafiə birliyinə ehtiyac olduğunu vurğulayıb:
"Aİ-yə üzv ölkələrin milli hərbi imkanları təkcə bir-biri ilə faktiki uyğunlaşmamalı, həm də hər kəsin öz milli qüvvələrinə töhfə verə biləcəyi birgə strateji Avropa satınalmaları, inkişaf və sənaye əməkdaşlığını tələb etməlidir."
Malik Atilay



