|
|
|
|

Almaniya tezliklə Ukraynaya 100 milyon avro dəyərində yeni hərbi yardım paketi göndərəcək.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib.
Nazirin sözlərinə görə, Bundesverin baş müfəttişi Karsten Breuer Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Aleksandr Sirski ilə görüşündə ona Berlinin Kiyevə müvəqqəti yardım paketi köçürəcəyinə söz verib.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalayacağı məlum olub.
Havar Şəfiyeva



