|
|
|
|

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ağ Evin rəhbəri Co Baydenin Ukraynaya milyardlarla dollar ayırmağa hazır olması NATO-da gülüş doğurur.
525.az xəbər verir ki, o, bu sözləri "CNN" telekanalına müsahibəsində deyib.
“Onlar (Avropa - red.) hər dəfə kimsə soruşanda 60 milyard dollar verən bir adamın rəhbərlik etdiyi ABŞ-nin axmaqlığına gülürlər”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp bundan əvvəl NATO-ya üzv ölkələrdən ABŞ-nin onları müdafiə etməsi üçün ÜDM-nin ən azı 2 faizini müdafiəyə xərcləmələrini tələb etmişdi.
Havar Şəfiyeva



