|
|
|
|

Yapon alimləri ağacdan hazırladıqları peyklə tarixin ən qeyri-adi kosmik gəmilərindən birini hazırlayıb.
525.az xəbər verir ki, "LignoSat" adlı peykin maqnoliya ağacından hazırlandığı bildirilib. Belə ki, Beynəlxalq Kosmik Stansiyadan aparılan təcrübələrdə maqnoliya ağaclarının daha dözümlü olduğu müəyyən edilib.
Yapon alimləri tərəfindən hazırlanmış taxta peykin hazırlıqları tamamlanarkən, kosmik gəminin bu yay orbitə buraxılması gözlənilir.
Kioto Universiteti və ağac kəsmə şirkəti "Sumitomo Forestry" tərəfindən hazırlanmış peyk hazırda xidmətdə olan peyklərə ekoloji cəhətdən təmiz alternativ yaratmaq ideyası ilə hazırlanıb.
Məhəmməd Tağıyev



