|
|
|
|

Əfqanıstanın şimalındakı Bəlx vilayətində 5 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 15:50-də baş verən 5 bal gücündə zəlzələnin episentrinin vilayətin mərkəzi rayonu olan Məzari Şərifdən 19 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib, Əfqanıstanın şimal əyalətlərində və qonşu ölkələr Özbəkistan və Türkmənistanda hiss olunub.
Qeyd edək ki, ötən ilin oktyabrında Əfqanıstanın şimal-qərbindəki Herat vilayətində baş verən 5-6,5 bal gücündə zəlzələlər nəticəsində 2500 nəfərin həyatını itirdiyi açıqlanıb.
Malik Atilay



