|
|
|
|

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzanı işğal etməsini "soyqırım" kimi qiymətləndirib və bunu Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib.
525.az Braziliyanın "Canal Gov" kanalına istinadən xəbər verir ki, Lula da Silva 37-ci Afrika Birliyi (AfB) Zirvə Toplantısı çərçivəsində səfər etdiyi Efiopiyanın paytaxtı Əddis Ababada mətbuata açıqlama verib.
İsrailin Qəzzanı işğal etməsindən danışan Lula da Silva Qəzza zolağında baş verənlərin “müharibə deyil, soyqırım” olduğunu bildirib.
Lula da Silva: "Qəzza zolağında fələstinlilərin başına gələnlər tarixdə olmayıb. Əslində bu, Hitler yəhudiləri öldürmək qərarına gələndə baş verib", - deyib.
Malik Atilay



