|
|
|
|

Haitidə avtobusa edilən silahlı hücum nəticəsində 10 nəfər ölüb, çox sayda insan yaralanıb.
525.az xəbər verir ki, paytaxt Port-o-Prinsdə polis idarəsi yaxınlığında dəstə tərəfindən avtobusa silahlı basqın edilib. Hücumda avtobusda olan 10 nəfər ölüb, bəziləri ağır olmaqla çox sayda insan yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, dəstənin dur xəbərdarlığına tabe olmayan avtobus avtomatik silahla atəşə tutulub.
Qeyd edək ki, hadisəyə görə "400 Mawozo" dəstəsi məsuliyyət daşıdığı halda, polis genişmiqyaslı əməliyyata başlayıb.
Məhəmməd Tağıyev



