|
|
|
|

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyi açıqlanıb.
525.az xəbər verir ki, Putin Şimali Koreya lideri Kim Çen Ina şəxsi istifadəsi üçün Rusiyada istehsal olunan avtomobil hədiyyə edib.
Putinin hədiyyə etdiyi avtomobili Koreya İşçi Partiyasının (WPK) Mərkəzi Komitəsinin sədri Pak Conq Çon, Kim Çen Inın bacısı və WPK Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq fevralın 18-də qəbul edib.
Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü çatdırıb.

Məhəmməd Tağıyev



