|
|
|
|

Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Kanada Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukraynaya 800-dən çox "SkyRanger R70" model pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.
Açıqlamada ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.
Açıqlamada PUA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.
Məhəmməd Tağıyev



