|
|
|
|

Livanın paytaxtı Beyrutun Şuveyfət rayonunda 3 mərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 17 nəfər dağıntılar altında qalıb.
525.az xəbər verir ki, Beyrutun cənubundakı Şuveyfət bölgəsində daha əvvəl boşaldılması əmri verilən 3 mərtəbəli bina dağılıb.
Binada olanların əksəriyyətinin suriyalı qaçqınlar olduğu, dağıntılar altında 1-i uşaq, 3-ü qadın olmaqla 4 nəfərin cəsədinin tapıldığı, 2 qadının isə xilas edildiyi açıqlanıb.
Qeyd edək ki, dağıntılar altında qalan 17 nəfəri çıxartmaq üçün səylər davam edir.
Məhəmməd Tağıyev



