|
|
|
|

Afrika Birliyi 37-ci Afrika İttifaqı Sammitində eşşək dərisi ticarətini qadağan edib və buna səbəb olaraq qitədə eşşək sayının azalması göstərilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Afrika liderləri həftə sonu Efiopiyada keçirilən Afrika İttifaqının 37-ci Sammitində iştirak ediblər. Sammitdə eşşək dərisi ticarətinə qadağa qoyulub.
Başda Çin olmaqla bəzi ölkələrin eşşək dərisindən əldə edilən jelatinə tələbatı son illərdə dünyadakı eşşək sayının əksəriyyətinə ev sahibliyi edən Afrikada reaksiyalara səbəb olub.
Qərardan sonra açıqlama verən Böyük Britaniyada yerləşən eşşək mühafizəsi dərnəyi qərarla həm 33 milyon eşşəyin, həm də işlərində heyvanlardan istifadə edən minlərlə yerli icmanın dolanışıq vasitələrinin qorunduğunu bildirib.
Malik Atilay



