|
|
|
|

"Fransızlar prezident Emmanuel Makron hökumətini devirməlidirlər".
525.az xəbər verir ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, hazırkı rəhbərliyi Fransanı üçüncü dünya ölkəsinə çevirməkdə ittiham edib. Xüsusən də, siyasətçi hakimiyyətin Kiyevə 3 milyard avro ayırmaq qərarına qəzəblənib. Bundan əlavə, o, kubalı həkimlərin Fransa xəstəxanalarına dəvət olunmasından da narazılığını bildirib.
Qeyd edək ki, Filippo vətəndaşlardan peşə təhsilinin əlavə hissəsi üçün pul tələb edilməsinə də qarşı çıxıb.
Havar Şəfiyeva



