|
|
|
|

İsveç Ukraynaya 7,1 milyard kron məbləğində əlavə hərbi yardım göndərəcək.
525.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Pol Junson bildirib.
Nazirin sözlərinə görə, bu yardım paketi Stokholmun Ukraynaya göndərdiyi ən böyük yardım paketi olacaq. 155 mm-lik artilleriya mərmiləri və qumbaraatanlar da daxil olmaqla, geniş çeşidli silahlardan ibarət olacaq.
Qeyd olunur ki, bundan əlavə, ayrılan vəsaitlə Kiyev gələcəkdə Ukrayna Silahlı Qüvvələri üçün döyüş maşınlarının alınmasını maliyyələşdirə biləcək.
Havar Şəfiyeva



