|
|
|
|

Yunanıstanda fermerlər traktorları ilə paytaxt Afinada etiraz aksiyası keçiriblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, istehsal xərclərinin azaldılması, vergi yüklərinin yüngülləşdirilməsi, təbii fəlakətlərdən zərər görən fermerlərə dəstək kimi bir çox tələblər irəli sürən fermerlər səslərini hökumətə çatdırmaq üçün ölkənin müxtəlif bölgələrində yolları blokadaya aldıqdan sonra paytaxt Afinaya gəliblər.
Sintaqma meydanına toplaşan fermerlər traktorlarını parlament binası qarşısında saxlayıblar.
Aksiyada iştirak edən fermerlər parlament binasının qarşısında üzərində “Bu gün mal-qara öldü” yazılmış rəmzi tabut qoyublar.
Fermerlər hökumətdən; istehsalın maya dəyərini artıran xammalın, xüsusilə dizel, elektrik enerjisi, gübrə və pestisidlərin qiymətlərinin aşağı salınmasını tələb ediblər.
Vergi yükünün azaldılması, təbii fəlakətlərdən zərər çəkən fermerlərə dəstək kimi tələblər də irəli sürən nümayişçilərin tez-tez dilə gətirdiyi problemlərdən biri də kənd təsərrüfatı məhsullarının xaricdən gətirilərək daxili bazarda istehsal olunmuş kimi satılması olub.
Qeyd edək ki, yunan fermerlər Avropa meyarlarına uyğun istehsal etdikləri üçün xarici bazarlardan gələn kənd təsərrüfatı məhsullarının aşağı qiymətinin haqsız rəqabətə səbəb olduğuna diqqət çəkiblər.
Malik Atilay



