|
|
|
|

İsrailin Suriyanın Dəməşq şəhərinin cənub-qərbindəki Kfar-Susa məhəlləsinə endirdiyi raket zərbəsi nəticəsində İran İslam Keşikçiləri Korpusunun (SEPAH) ən azı iki müşaviri həlak olub.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, bir mülki şəxs də həlak olub.
Qeyd edək ki, Kfar-Susa Dəməşqin hökumət məhəlləsi hesab olunur. Orada dövlət qurumları və təhlükəsizlik qüvvələrinin qərargahları, habelə xarici səfirliklər yerləşir.



