|
|
|
|

Amerika Birləşmiş Ştatları Yəməndə İranın dəstəklədiyi husilərin humanitar yardım daşıyan gəmiyə iki gəmi əleyhinə ballistik raket atdığını bildirib.
525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yazılı açıqlamasına görə, fevralın 19-da husilər Yəmənin Ədən limanına gedən ABŞ-ə məxsus Yunanıstan bayraqlı “M/V Sea Champion” toplu yük gəmisinə doğru iki gəmi əleyhinə ballistik raket atıblar.
Raketlərdən biri gəminin yaxınlığında partlayıb və kiçik ziyan vurub. Gəmi Yəmənə taxıl aparmaq üçün yoluna davam edib.
“Biz husilərin Yəmənə ərzaq və humanitar yardım daşınmasını birbaşa təhlükə altına qoyan zərərli fəaliyyətlərinə qarşı durmaqda qərarlıyıq”, - deyə bəyanatda bildirilib.
Malik Atilay



