|
|
|
|

Avstraliyanın Baş naziri Entoni Albanese Böyük Britaniyada saxlanılan "WikiLeaks"in qurucusu Culian Assangenin vətəndaşı olduğu Avstraliyaya qayıtmasının vaxtı çatdığını bildirib.
525.az xəbər verir ki, Albanese dünən Britaniya Ali Məhkəməsində ABŞ-ə ekstradisiyası ilə bağlı apellyasiya işi başlayan Assange haqqında açıqlama verib.
Məsələ ilə bağlı fikirlərini ABŞ və Britaniyanın ən yüksək orqanlarına çatdırdığını bildirən Albanese: "Mən bunu həm açıq, həm də şəxsi şəkildə bildirdim. Bəsdir, Culian Assangenin evə qayıtma vaxtıdır", - deyib.
Albanese hökumət olaraq hər iki ölkə ilə diplomatik kanallar vasitəsilə əlaqə saxladıqlarını və nəticə əldə etməyə çalışdıqlarını vurğulayıb.

Məhəmməd Tağıyev



