|
|
|
|

Fevralın 6-dan İspaniyada etiraz aksiyası keçirən və hökumətin təklif etdiyi 18 maddəlik tədbirlər paketində konkret addımların atılmasını tələb edən fermerlər traktorları ilə paytaxt Madridə daxil olublar.
525.az xəbər verir ki, kənd təsərrüfatı sektorunu təmsil edən üç böyük birliyin, "Asaja", COAG və UPA-nın çağırışları ilə ölkənin hər yerindən fermerlər öz traktorları ilə yola çıxıb və beş əsas yoldan Madridə daxil olublar.
Təxminən 500 traktorla paytaxt küçələrində dolaşmağa başlayan və nəqliyyatın hərəkətini ləngidən fermerlərin etirazlarına dəstək olmaq üçün 5 minə yaxın fermer Madridə avtobus və ya qatarla gəlib.
Qeyd edək ki, fermerlər şəhərin mərkəzində Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binası qarşısında toplaşacaq, geniş iştirakla nümayiş keçirəcək.
Məhəmməd Tağıyev



