Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) keçirilən dinləmələrdə Kuba ABŞ-ni İsrailin Qəzzada törətdiyi cinayətlərə şərik olmaqda ittiham edib.
525.az xəbər verir ki, Niderlandın inzibati paytaxtı Haaqada Sülh Sarayında fəaliyyət göstərən BƏM-də İsrailin işğal olunmuş Fələstin ərazilərində tətbiq etdiyi əməllərin hüquqi nəticələri ilə bağlı dinləmələr davam edir.
Dinləmələrdə Kuba adından çıxış edən xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo: "Fələstin xalqı, qadınları və bütövlükdə mülki əhali işğalçı dövlət olan İsrailin qanunsuz güc tətbiqi ucbatından qırğına məruz qalmaqda davam edir. Bu qətliam beynəlxalq hüquq çərçivəsində soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyan ABŞ kimi ölkələrin şərikliyi ilə baş verir", - deyib.
Məhəmməd Tağıyev