Böyük Britaniyanın ən böyük hava limanı Hitrou COVID-19 epidemiyasından sonra ilk dəfə olaraq yenidən mənfəət artımına nail olub.
525.az xəbər verir ki, Hitrou Hava Limanının 2023-cü il maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamaya görə, hava limanının keçən il gəlirləri bir əvvəlki ilə görə 26,6 faiz artaraq 3 milyard 687 milyon funt-sterlinqə çatıb.
Hava limanının vergidən əvvəl düzəliş edilmiş mənfəəti isə 105,6 faiz artaraq 38 milyon funt-sterlinqə yüksəlib. 2023-cü ildə hava limanının sərnişinlərinin sayı da 28,6 faiz artaraq 79,2 milyon nəfərə çatıb.
Qeyd edək ki, Hitrou bu il 81,4 milyon sərnişinə çatmağı hədəfləyir.
Məhəmməd Tağıyev