Ötən il Almaniyada qaçqınlara hücumlar əvvəlki illə müqayisədə təxminən iki dəfə artıb.
525.az xəbər verir ki, "Neuen Osnabrücker" qəzeti hökumətin Sol Partiyasının millət vəkili Klara Büngerin parlament sualına verdiyi cavabı dərc edib. Qəzetin xəbərinə görə, 2022-ci ildə ölkədə qaçqınlara qarşı 1248 hücum olduğu halda, 2023-cü ilin məlumatlarına görə hücumların bir il əvvəlki ilə müqayisədə iki dəfə çox artdığı ortaya çıxıb. Belə ki, 2023-cü ildə ölkədə qaçqınlara qarşı 2378 hücum olub.
Qeyd edək ki, keçən il qaçqınları hədəf alan hücumlarda 219 nəfər yaralanıb, bunlardan 313-ü zorakılıq xarakteri daşıyır.
Məhəmməd Tağıyev