Fransa Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) keçirilən iclasda İsrail rəsmilərinin Qəzzada qeyri-qanuni məskunlaşmaların qurulması və Fələstin əhalisinin çıxarılması ilə bağlı açıqlamalarını pisləyib.
525.az xəbər verir ki, BƏM-də İsrailin işğal olunmuş Fələstin ərazilərindəki təcrübələrinin hüquqi nəticələrinin müzakirə olunduğu dinləmələr davam edir. Dinləmələrdə Fransa adından çıxış edən Xarici İşlər Nazirliyinin Hüquq Məsələləri üzrə Direktoru Dieqo Kolas iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayaraq, sülhün bərpasına çağırdıqlarını bildirib.
Məhəmməd Tağıyev