|
|
|
|

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzanın ölüm zonasına çevrildiyini və ərazinin çox hissəsinin dağıdıldığını bildirib.
525.az xəbər verir ki, ÜST-nin baş direktoru Qebreyesus həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
Qəzzada sağlamlıq və humanitar vəziyyətin pisləşməkdə davam etdiyini vurğulayan Qebreyesus, ÜST və tərəfdaşlarının son 3 gündə Qəzzanın cənubundakı Nasser Xəstəxanasına qarşı təcili əməliyyatlar apardığını qeyd edib.
Qebreyesus: "Qəzza ölüm zonasına çevrilib. Ərazinin çox hissəsi dağıdılıb. 29 mindən çox insan həlak olub, çox sayda insan yaralanıb. Müharibə başlayandan bəri ağır qida çatışmazlığı sürətlə davam edir", - deyib.

Məhəmməd Tağıyev



