Yaponiya hökuməti Qəzza zolağına əlavə 32 milyon dollarlıq humanitar yardım göndərməyi planlaşdırdığını açıqlayıb.
525.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxış edib. Kamikava İsrailin işğalı və hücumları altında kritik olaraq xarakterizə etdiyi Qəzza zolağındakı humanitar vəziyyətdən ciddi narahat olduğunu bildirib.
Rəfah şəhərinə edilən hücumlardan dərin narahat olduğunu bildirən Kamikava, tərəflərdən humanitar baxımdan hərəkət etmələrini tələb edib.
Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.
Məhəmməd Tağıyev