Kanada Rusiya səfiri Oleq Stepanovu rusiyalı müxalif Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.
525.az xəbər verir ki, Kanada hökumətinin sözçüsü İzabella Orozko-Madison məsələ ilə bağlı açıqlama verib. Orozko-Madison Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı tam və şəffaf araşdırma aparılmalı olduğu barədə məlumat verildiyini bildirib.
Orozko-Madison: "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiyalar tətbiq edib. Biz də onun ölümündə məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq", - deyib.
Məhəmməd Tağıyev