Bir qrup nümayişçi Los-Ancelesə səfər edən ABŞ prezidenti Co Baydeni "soyqırım tərəfdarı" şüarları ilə qarşılayıb.
525.az xəbər verir ki, Los-Ancelesə səfəri çərçivəsində Kulver şəhəri Julian Dixon Kitabxanasına çıxış etmək üçün gedən Bayden Fələstin tərəfdarı nümayişçilər tərəfindən etiraz şüarlarına məruz qalıb.
Korjetin müşayiəti ilə binaya doğru hərəkət edərkən, İsrailin Qəzzaya hücumlarını dəstəklədiyinə görə bir qrup nümayişçi Baydenə qarşı "soyqırım tərəfdarı" şüarları səsləndirib.
Məhəmməd Tağıyev