|
|
|
|

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 3 "komanda mərkəzi"ni vurduğunu açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Livanın cənubundakı bəzi bölgələrə hava zərbələri endirib.
Vurulan yerlərin "Hizbullah"a aid üç ayrı “əməliyyat idarə mərkəzi” olduğu iddia edilir. İsrail ordusunun artilleriya bölmələri Livanın cənubundakı bəzi əraziləri də hədəfə alıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən "Hizbullah" ilə İsrail ordusu arasında toqquşmalar gedir.
Malik Atilay



