|
|
|
|

Yunanıstanda arıçılar paytaxt Afinada nümayiş keçirərək, istehsal xərclərinin aşağı salınmasını və xaricdən qeyri-qanuni bal gətirilməsinə qarşı nəzarətin artırılmasını tələb ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, parlament binası qarşısına toplaşan arıçılar istehsal xərclərinin artdığına işarə edərək, hökumətdən dəstək istəyiblər.
Yük avtomobilləri ilə Sintaqma Meydanına gələnlərdən bəziləri arıçı paltarı geyinərək nümayişə qatılıblar.
Nümayişçilər əllərindəki arı üfürücüləri yandıraraq parlament binasının önünü tüstü içinə qərq ediblər.
Qeyd edək ki, arıçılar xaricdən bal qaçaqmalçılığına qarşı da nəzarətin artırılmasını tələb ediblər.
Malik Atilay



