|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk istiqamətində Pobeda qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib.
Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyi bildirilən açıqlamada “Cənub Qüvvələr Qrupunun bölmələri Donetsk istiqamətində Pobeda qəsəbəsini azad edərək cəbhə mövqelərini yaxşılaşdırıb” ifadəsi işlədilib.
Bundan əlavə, bəyanata görə, ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sistemi vurulub, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Açıqlamada: “Hərbi əməliyyatın başladığı gündən bu yana 572 təyyarə, 266 helikopter, 13 min 137 PUA, 473 hava hücumundan müdafiə raket sistemi, 15 min 171 tank və zirehli texnika, 1223 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 8 min 138 haubitsa məhv edilib”, - qeyd edilib.
Malik Atilay



