|
|
|
|

2023-cü ildə Kanadada baş vermiş meşə yanğınları havaya rekord miqdarda karbon qazının buraxılması ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən yanğınlar zamanı ətraf mühit 2 milyard ton karbon qazı ilə çirklənib.
Britaniyalı alimlərin fikrincə, iqlim dəyişikliyi Yer kürəsinin müxtəlif bölgələrində tez-tez meşə yanğınlarına səbəb olur. Nəticədə, havanın çirklənməsi ilə yanaşı, insanlara maddi ziyan dəyir, yanğın zonasında flora və fauna məhv olur. Bunu qarşısını almağın yeganə yolu isə havanın karbon qazı ilə çirkləndirilməsinə yol verməməkdir.
Yeri gəlmişkən, mütəxəssislər insanların Kanadada ötən ilki meşə yanğınları zamanı havanın çirklənməsi üzündən hələ 9 il də əziyyət çəkəcəklərini söyləyiblər.
Qeyd edək ki, Şimali Amerika ölkəsində hər il meşə yanğınları baş verir. Amma onların miqyası adətən müəyyən çərçivə daxilində olur. 2023-cü ildəki yanğınlar isə illik normanı 6 dəfə keçmişdi.
L.Tağıyeva



