|
|
|
|

“Belarusiya xeyli müddətdir planetin geosiyasi maraqlarının mərkəzindədir. Məhz buna görə də respublikanın sərhədlərində gərginlik durmadan artır”.
525.az BelTA-ya istinadən xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko deyib.
O, ölkə sərhədlərində gərginliyin bir başqa səbəbini belə izah edib: “Digər problem də ölkəmizdən kənarda olanlar, xüsusən vaxtı ilə Belarusu tərk etmiş qaçqınlardır. Onlar müəyyən vaxtda çevriliş sayəsində Belarusu işğal edib, silah gücünə hakimiyyəti ələ keçirmək xəyalları qururlar”.
Lukaşenko həmin insanlara xəbərdarlıq edib: “Minsk bu haqda məlumatlıdır. Hüquq-mühafizə orqanları və ordu istənilən təxribatın qarşısını almağa hazırdır”.
İbrahim Cəfərov



