|
|
|
|

Bu gün günorta Londonun mərkəzində yerləşən tarixi "Somerset House" binasının damında yanğın olub.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə 15 texnika və 100-dən çox yanğınsöndürən cəld edilib və alov söndürülüb.
Xəsarət alanların olmaldığı bildirilir. Binaya dəymiş ziyan isə ekspertlər tərəfindən hesablanır.
Yeri gəlmişkən, bu gün "Somerset House"da keçirilməli olan tədbir yanğın səbəbindən təxirə salınıb.
Xatırladaq ki, "Somerset House" Temza çayının sahilində yerləşir. 1776-cl ildə arxitektor Ser Uilyam Çembersin layihəsi əsasında tikilib. Hazırda binada bir çox kompaniya və təşkilatların ofisləri yerləşir.
L.Tağıyeva



