|
|
|
|

ABŞ-nin keçmiş prezidenti, prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Çinlə münasibətləri yaxşılaşdırmağa çalışacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Nyu-Cersi ştatının Bedminster şəhərində keçirdiyi mətbuat konfransında açıqlama verib.
"Düşünürəm ki, bizim Çinlə əla münasibətlərimiz olacaq" - deyən Tramp bunu üçün yenidən Çinin hörmətini qazanmalı olduqlarını söyləyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də olacaq. Donald Trampın Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülüb. Onun rəqibi Demokratlar Partiyasının namizədi Kamala Harris olacaq.
L.Tağıyeva



