|
|
|
|

Prezidentliyə namizəd Donald Tramp növbəti dəfə bildirib ki, seçkidəki rəqibi Kamala Harrisin qələbəsi ABŞ üçün fəlakətə çevriləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi rəqibini kommunist adlandırıb:
“Yoldaş Kamala Harris ölkəmiz üçün dəhşətlidir. O, həmişə kommunist olub və hər zaman da belə qalacaq. Onun “rəhbərliyi” altında ABŞ dağılacaq. Özü də bu, çox tez baş verəcək”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov



