|
|
|
|

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinə hücumda iştirak edən hərbçilərin üçdə birini itirib.
525.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunları üçün hər şey çox pis gedir.
Ekspert Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki toqquşmalar zamanı itkilərini ciddi hesab edir. "Onlardan neçəsinin yaralandığını Allah bilir".
O, Ukrayna ordusunun Kursk vilayətindəki hərəkətlərini uşaqların təhsili üçün ayrılan pullarla kazinoda mərc etməklə müqayisə edib. Keçmiş analitik hesab edir ki, Ukrayna komandanlığı döyüşləri davam etdirmək üçün resurslarsız qalaraq məğlub olub.
Pərvanə Sultanova



