|
|
|
|

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar ölkə prezidenti Co Baydeni vəzifəsindən sui-istifadə də ittiham ediblər.
525.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Qeyd olunub ki, Bayden ailəsini zənginləşdirmək üçün ölkəni aldadıb.
Məlumata görə, 2014-cü ildən bəri Baydenin ailəsi və ona yaxın olan şəxslər əcnəbilərdən və təşkilatlardan 27 milyon dollardan çox pul alıb. Həmçinin, iddia edilir ki, Baydenin qohumları onun vitse-prezident vəzifəsindən istifadə edərək demokrat donorlardan 8 milyon dollardan çox kredit əldə ediblər. Lakin kreditlər ödənilməyib və bununla bağlı hüquqi sənədlər mövcud deyil və ya istintaq komitələrinə təqdim edilməyi
Vurğulanıb ki, vitse-prezident olarkən Bayden ailə üzvlərinin xarici tərəfdaşları ilə tez-tez şam yeməklərinə qatılaraq və onlarla telefon danışıqları apararaq sövdələşmədə
fəal iştirak edib.
Hunter Bayden atasının vəzifəsindən biznes və məhkəmə çəkişmələrində əlverişli şərait əldə etmək üçün istifadə edib: "Bir neçə şahid ifadə verib ki, Hunter Bayden Rumıniya, Çin, Qazaxstan və Ukrayna şirkətləri ilə işgüzar münasibətlərdə atasına istinad edib, nəticədə Bayden ailəsinə milyonlarla dollar daxil olub”.
Respublikaçılar Bayden ailəsinin sövdələşmələrin mövcudluğunu gizlətmək üçün hər cür səy göstərdiklərini açıqlayıblar.
Pərvanə Sultanova



