|
|
|
|

Almaniyada cinayət sayında son 11 ilin rekordu qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə “Bild” Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Qaçaqmalçılıq, quldurluq, zorakılıq – Almaniya mərkəzi polisi ötən il 2012-ci ildən sonra ölkədə rekord sayda cinayət qeydə alıb”, - deyə açıqlama qeyd olunub.
Bildirilir ki, 2023-cü ildə ölkə ərazisində ümumilikdə 790 245 cinayət hadisəsi qeydə alınıb. Bir il əvvəllə müqayisədə cinayətlərin sayı 12,5 faiz artıb.
Ümumilikdə il ərzində hüquq-mühafizə orqanları axtarışda olan 235 mindən artıq insanı həbs ediblər ki, bu da ölkə tarixində rekord göstəricidir.
İbrahim Cəfərov



