|
|
|
|

“Ukraynanın məğlubiyyəti sadəcə zaman məsələsidir”.
525.az “RİA Novosti”ya istinadən xəbər verir ki, bunu “Venezolana de Television” kanalının efirində Venesuela prezidenti Nikolas Maduro deyib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna artıq Rusiyaya qarşı aqressiv müharibədə uduzmuş kimi görünür.
Madurov vurğulayıb ki, Ukraynanın məğlub olması və Rusiyanın məqsədlərinə çatması an məsələsidir.
Xatırladaq ki, Venesuela prezidenti daha əvvəl bəyan etmişdi ki, ABŞ və Avropa Vladimir Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarının qarşısını almalıdırlar.
İbrahim Cəfərov



