|
|
|
|

Sudan Çadla sərhədindəki Adre Sərhəd Qapısını üç ay müddətinə "ölkədə müharibədən zərər çəkənlərə humanitar yardımın daxil olmasına icazə vermək" üçün açmaq qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Suverenlik Şurasının verdiyi açıqlamaya görə, Şura Əbdülfəttah əl-Burhanın sədrliyi ilə toplanıb.
İclasda humanitar yardımın müharibədən zərər çəkmiş vətəndaşlara çatmasını təmin etmək üçün Adre Sərhəd Qapısının 3 ay müddətinə açılması qərara alınıb.
Digər tərəfdən ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriello verdiyi açıqlamada Sudan ordusunun Adre Sərhəd Qapısını açmaq qərarını müsbət qarşıladıqlarını bildirib.
Bu qərarın insanların həyatını xilas etmək və aclığın yayılmasının qarşısını almaq üçün kritik bir addım olduğunu ifadə edən Perriello: "Qaşıdakı günlərdə ilk konvoyların keçməsini səbirsizliklə gözləyirik", - deyib.
Malik Atilay



