|
|
|
|

Fransanın Herault əyalətində baş verən meşə yanğınlarında 400 hektardan çox ərazi zərər görüb.
525.az xarici KİV-ə istinadən bildirir ki, yanğın ölkənin cənub sahillərində yerləşən Herault əyalətində biri Qardiole massivində, digəri isə Nissan-lez-Enserunes şəhərində olmaqla iki yerdə baş verib.
Qardiole massivində yerləşən Gigean qəsəbəsində 450 yanğınsöndürən helikopterlə yanğının söndürülməsinə dəstək verib, A9 şossesi yaxınlığından keçən alov nəzarət altına alınıb.
Söndürmə işlərində Frontignandakı bəzi özəl hovuzların sularından da istifadə edilib və müdaxiləyə baxmayaraq 340 hektar ərazi yanıb.
Digər tərəfdən, gecə saatlarında Gigeandan 60 kilometr aralıda yerləşən Nissan-lez-Enserune-də yanğın baş verib.
220 yanğınsöndürən, 2 helikopter və bir yanğınsöndürmə təyyarəsi ilə Nissan-lez-Enserune-dəki yanğına müdaxilə səyləri davam edib.
İndiyədək 60 hektardan çox ərazi yanıb.
Qeyd edək ki, Herault Qubernatorluğu yanğın təhlükəsi olan ərazilərdə təxliyə edildiyini açıqlayıb.
Malik Atilay



