|
|
|
|

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə- Kilit” əməliyyat bölgəsində şəhid verib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat bölgəsində əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan mütəxəssis çavuş Muhammed Emin Önk şəhid olub.



