|
|
|
|

Latviya Ukraynaya 1400 dron verəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds X hesabında məlumat yayıb.
Nazir statusunda həmçinin, indiyə kimi Ukraynaya hərbi təyinatlı 3 mindən çox dron göndərdiklərini də qeyd edib.
Qeyd edək ki, bu il aprelin 11-də Latviya və Ukrayna prezidentləri təhlükəsizliklə bağlı ikitərəfli müqavilə imzalamışdır. Müqaviləyə əsasən, Latviya hər il Ukraynaya müəyyən miqdarda hərbi yardım ayıracaq.
L.Tağıyeva



