|
|
|
|

Amerika hakimiyyəti Sudanda humanitar vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya və Çinlə əməkdaşlığa hazırdır.
525.az xəbər verir ki, bunu Amerikanın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriello deyib.
"Belə iş birbaşa və ya dolayısı ilə BMT vasitəsilə mümkündür", - o əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin yazından Sudanda Məhəmməd Həmdan Daqonun komandanlığı altında Çevik Dəstək Qüvvələri ilə nizami ordu arasında şiddətli döyüşlər gedir. Sudan hərbçiləri silah qaçaqmalçılığının qarşısını almaq üçün sərhəd keçidini bağlamaq qərarı ölkədə əhalinin böyük hissəsini aclıqla üz-üzə qoydu. Vəziyyət getdikcə daha təhlükəli hal alırdı. Bu günlərdə Sudan Çadla sərhədindəki Adre Sərhəd Qapısını üç ay müddətinə humanitar yardımın daxil olmasına icazə vermək üçün açmaq barədə qərar qəbul edib.
Pərvanə Sultanova



