|
|
|
|

Norveç hakimiyyəti 155 mm-lik döyüş sursatının istehsalı texnologiyasını ölkədə istehsal etmək üçün Kiyevə ötürmək niyyətindədir.
525.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, hökumət Norveç müdafiə texnologiyalarının Ukraynaya tədarükünə yol açıb və bunun üçün lazımi vəsait ayırır.
“Beləliklə, “Nammo” şirkətinin hazırladığı artilleriya mərmiləri Ukraynada istehsal oluna biləcək”, - məlumatda vurğulanır.
Avqustun əvvəlində Polşa və Norveçdən olan təlimçilərin Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tanklarında təlim keçməyə başladığı bildirilib.
Pərvanə Sultanova



