|
|
|
|

Almaniya Bundestaqın üzvü Sara Vaqenknext Ukraynaya hərbi yardımın azaldılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
525.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
“Almaniyanın tanınmış ifrat solçu siyasətçisi Sarah Vaqenknext hökumətin Kiyevə hərbi yardımı məhdudlaşdırmaq qərarına görə məsuliyyəti öz üzərinə götürərək bildirib ki, onun Ukraynanın silahlandırılmasına kəskin etirazı Berlinin münaqişə ilə bağlı siyasətinə təsir edib”, - məqalədə vurğulanır.
Onun “Ağıl və ədalət naminə” partiyası hökumətdə təmsil olunmasa da, Berlinin qərarlarına təsir edir. Bundan əlavə, siyasətçi əhali tərəfindən partiyaya dəstəyin artdığını qeyd edib.
Daha əvvəl onun partiyasından olan deputat Sevim Dağdelen bildirib ki, Berlin Ukraynaya yardımı dayandırmalıdır.
Pərvanə Sultanova



