|
|
|
|

Belarus prezidenti Aleksandr Lukaşenko, NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Üçüncü Dünya Müharibəsinin başlayacağını bildirərək, "Belə olan halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və dəhşətli şeylər yaşanacaq " deyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində cari məsələləri dəyərləndirib.
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) daha əvvəl ölkəsinin hava məkanını pozduğuna diqqət çəkən Lukaşenko, bunun dəfələrlə baş verdiyini bildirib.
Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini bildirib.
NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını dəyərləndirən Lukaşenko, "Əgər onlar (Qərblilər) NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və dəhşətli şeylər yaşanacaq." deyib.
Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, "NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var. , hansı ki, dövlət sərhəddidir, onlar sərhədə ayaq basan kimi cavab alacaqlar”. deyib.
Malik Atilay



